Dünən Heydər Əliyev adına Respublika Sarayında Aygün Bəylərin konserti baş tutub.
Referans.az xəbər verir ki, əməkdar artistin “Yaxşı ki, varsan” adlı konsertində qızı, Xalq artisti Həmidə Ömərova, müğənni Nigar Camal, aparıcı Hacı Nuran və başqaları iştirak edib. Gecənin aparıcısı isə Leyla Quliyeva olub.
Həmçinin tədbirdə Aygün Bəylərin “Mehriban” simfonik muğamı CADENZA orkestrinin müşayiəti ilə təqdim olunub. Konsertmeyster Samir Əsədov olub.
Xərçəng xəstəliyindən əziyyət çəkən sənətçi tamaşaçılarla söhbətində bu məsələyə toxunub:
“Özüm də şokdayam ki, necə oxuyuram. Çox sağ olun. Halbuki belə çox çətindi oxumaq. Bilirəm ki, hər kəs mənim üçün belə məqamda dua etdi. Allah hamınızın dualarını qəbul etsin”.
Qeyd olunub ki, yığılan vəsait “YAŞAT” fonduna ianə ediləcək.