Təzə ilin ilk günlərində uşaqlara qoyulan fərqli adlar - SİYAHI

14.01.2024
-
12:49
|
|
2024-cü ili ilin ilk günlərində uşaqlara fərqli və müasir adların qoyulması halları müşahidə edilir.
Belə ki, təzə ilin ilk ayının birinci yarısında oğlan uşaqlarına verilən adlar arasında Ərhan, Alihan, Onur, Mirac, Atilla, Mehran, Rüzgar, Qiyami və Rahula rast gəlinir.
Bununla yanaşı ilk onluqda Raul, Uğur, Hüseyn, Yusif, Əli, Amir, Aslan, Murad, Məhəmməd və Həsən adı qərarlaşıb.
Təzə ilin ilk ayının birinci yarısında qız uşaqlarına verilən adlar arasında isə Elay, Narin, Alisa, Milay, Asena, Melisa, Alina, Milana, Liya, Ahu, Özləm, Eslem, Sunay, Filiz, Milen, Dəfnə, Hümeyra, Eliza, Asenat və Afinaya rast gəlinib.
Bununla yanaşı Fatimə, Ayla, Aylin, Məryəm, Nilay, İnci, Zeynəb, Zəhra, Nur və Jasmin adları isə ilk onluqda qərarlaşıb.