"Muğan Bank"ın ipoteka kreditləri portfeli 6 banka ötürüldü  

mugan-bankin-ipoteka-kreditleri-portfeli-6-banka-oturuldunbspnbsp-1705641675
|
|

Ləğv prosesində olan "Muğan Bank" ASC-nin ipoteka kreditləri portfeli 6 banka ötürülüb.


Referans.az xəbər verir ki, həmin banklar "Bank Respublika", "Express Bank", "PAŞA Bank", "Premium Bank", "Rabitəbank" və "Turan Bank" ASC-lərdir.


Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı (AMB) "Muğan Bank"ın lisenziyasını ötən ilin oktyabrında ləğv edib. Tənzimləyici qurum qərarını Bankın məcmu kapitalının minimum tələbdən (50 milyon manat) az, onun adekvatlıq əmsalının isə 3 %-dən az olması, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirməməsi, habelə daxili idarəetmə və nəzarət prosedurlarının adekvat olmaması ilə izah edib./Report