Niyə “20 Yanvar” yox, avtovağzal? - Sumqayıtdan gələn avtobusların yolu uzadılacaq? 

niye-20-yanvar-yox-avtovagzal-sumqayitdan-gelen-avtobuslarin-yolu-uzadilacaqnbsp-1705928821
|
|

  Sumqayıtdan Bakı şəhəri istiqamətinə ictimai nəqliyyatın təşkili ilə bağlı sərnişin tələbatı nəzərə alınaraq, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Sumqayıt şəhər Avtovağzalını Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirəcək yeni ekspress marşrut xətti təşkil edilib.



AYNA-dan bildirilib ki, yanvarın 21-dən fəaliyyətə başlayan ekspress avtobuslar Sumqayıt Avtovağzalı, “Bağçalı evlər” yaşayış kompleksi, Sumqayıt dairəsi, Ceyranbatan qəsəbəsi, metronun “Avtovağzal” stansiyası, Bakı Beynəlxalq Avtovağzal Kompleksi marşrutu üzrə hərəkət edəcək.


11 dəqiqə intervalla hərəkət edən avtobusların gediş haqqı 80 qəpik nəzərdə tutulub. Məlumdur ki, avtovağzalda gediş- gəliş nisbətən daha çətindir. 



Bakı-Sumqayıt və əksinə olan marşrut üzrə hərəkət edən sərnişinlər daha ox “20 Yanvar” metrostansiyası istiqamətindən gedib-gəlməyi üstünlük veriblər. 



Bunu nəzərə alaraq ekspress avtobusların hərəkət qrafikini avtovağzaldan-avtovağzala yox, “20 Yanvar”a qədər uzatmaq daha effektli olmazdımı?


Referans.azxəbər verir ki,  "Cebhe.info"-ya açıqlamasında nəqliyyat sahə üzrə ekspert Aslan Əsədov bildirib ki, Sumqayıt respublikanın böyük şəhərlərindən biri olduğundan  və Bakı şəhərinə aid olmadığı üçün birbaşa "20 Yanvar" metrostansiyasına xətt verilə bilməz:


“Bu, artıq gələcəkdə görüləcək addımlardan biri ola bilər. Düşünürəm ki, hələlik marşrutun həmin istiqamətə verilmə ehtimalı yoxdur. Çünki "20 Yanvar" stansiyasında gediş-gəliş çətindir, yüklənmələr var.

Bu yaxınlarda "Avtovağzal" istiqamətində gediş-gəlişin çətin olması ilə bağlı da addım atılacaq. Avtovağzal istiqamətində, yolun sağ çiyni üzərində olan dayanacaqların təşkili, təminatı yerinə yetiriləcək".