Arvadının başqaları ilə görüşünə icazə verdi - Daha sonra olanlar...

arvadinin-basqalari-ile-gorusune-icaze-verdi-daha-sonra-olanlar-1706283885
|
|

Alexandra adlı britaniyalı qadın bildirib ki, əri Mitç ona başqa kişilərlə görüşməyə icazə verməklə yanaşı, həm də tanışlıq xidmətlərində ona sevgililər axtarmağa başlayıb. Cütlüyün hekayəsi bardə “Mirror” nəşri məlumat yayıb.


Referans.az lent.az-a istinadla bildirir ki, cütlüyün dediyinə görə, on illik monoqam evlilikdən sonra cinsi həyatlarının cansıxıcı olduğunu görüblər və açıq münasibət qurmaq qərarına gəliblər. Nəticədə Alexandra və Mitç razılaşıblar ki, o, başqa kişilərlə görüşəcək. Eyni zamanda, ər özü də tanışlıq proqramlarında arvadı üçün potensial sevgililər axtarmağa başlayıb. Mitç özü həyat yoldaşının tipini bildiyi üçün namizədlər seçir.


“O, məni qətiyyən mühakimə etmir, yaxşı davranır. Yeganə qayda: tanışlıq qeyri-ciddi, sadəcə əylənmək üçün olmalıdır”, - Aleksandra aydınlıq gətirib. O əlavə edib ki, Mitç özü başqa qadınlarla tanış olmaq istəmir.