Əməkdar jurnalist yenidən AzTV-yə QAYITDI - FOTO

emekdar-jurnalist-yeniden-aztv-ye-qayitdi-foto-1707486140
|
|

Bu yaxınlarda Azərbaycan Televiziyasının (AzTV) Ədəbi-dram verilişləri Baş Redaksiyasının baş redaktoru vəzifəsindən təqaüdə göndərilən Əməkdar jurnalist Flora Xəlilzadə yenidən AzTV-yə qayıdıb.


 Referans.az xəbər verir ki, onun qayıdışı barədə Azərbaycan Televiziyasının rəhbəri Rövşən Məmmədov bildirib.

 

“Flora Xəlilzadə bundan sonra Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Bədii Şurasında fəaliyyət göstərəcək”,- R.Məmmədov deyib.