ŞOK DETALLAR! Ailəsini qətlə yetirən Əhməd ruhi xəstə olduğu halda necə AZADLIĞA ÇIXIB?

sok-detallar-ailesini-qetl-eden-ehmed-ruhi-xeste-oldugu-halda-nece-azadliga-cixibnbsp-1707904068
|
|

“Həmin şəxsin psixoloji probleminin hansı səviyyədə olması əsas önəmli olan məsələdir. Bəli, xəstəxanadan buraxıla bilər, lakin dəlilik dərəcəsinin aşağı ola biləcəyi halda bu mümkündür”.


Bu sözləri Referans.az-a açıqlamasında kriminalist Teymur Baloğlanov dünən Bakıda bir ailənin 5 üzvünün qətlə yetirilməsinə görə ailənin 25 yaşlı oğlu Əhməd Əhmədovun şübhəli şəxs qismində saxlanılması barədə danışarkən deyib.


O bildirib ki, Məhkəmə Tibbi Ekspertizasının rəyi çıxdıqdan sonra həmin şəxsin narkotik qəbul edib etmədiyi, psixi halda bunu törətdiyi, anlaqlı və ya anlaqsız vəziyyətdə olduğu aydın olacaq:

“Psixi xəstəliyi olmadan, amma ciddi narkotik vasitənin təsiri altında, Qalisunasiya vəziyyətində edə bilər. Praktikada belə hallara rast gəlmək olur. Amma böyük ehtimalla onun psixi xəstəliyi olub. Çünki onun o hərəkəti, yəni öz ailə üzvlərinə qarşı belə qeyri-adekvat davranışı və hətta körpə uşağı qətlə yetirməsi heç bir məntiqi anlayışa sığmır. Buna görə də, yəqin ki onun ruhi xəstəliyi olub. Amma bütün bunlar Məhkəmə Tibbi Ekspertizasının cavabı çıxdıqda məlum olacaq”.


Xəstəliyi olarsa belə, anlaqlı yoxsa anlaqsız olduğu da önəmlidir. Anlaqsız, yəni etdiyi cinayət əməlini başa düşməməkdir. O halda anlaqsız hesab edilərsə, o, cinayət məsuliyyətindən azad olunur və ona məcburi psixiatrik müalicə tətbiq olunur”.


Bəs şəxsin dəlilik kağızı olduğu halda xəstəxanadan necə sərbəst buraxıldığı sualına isə Teymur Baloğlanov belə cavab verdi:


“Əslində bu bəzi şərtlər altında mümkündür. Bu zaman xəstəliyin nə dərəcədə təhlükəli olduğunu bilmək lazımdır. O, konkret haldan asılıdır. Xəstəliyin şiddətlənməsinin nə qədər təhlükəli olduğunu və s. bilmək lazımdır. Bütün bu sualların cavabı Məhkəmə Tibbi Ekspertizasının rəyi bildirildikdən sonra ortaya çıxacaq”.


Məsələ ilə bağlı Maştağa ruhi əsəb dispanserindən redaksiyamıza həmin şəxs barəsində məlumat verə bilməyəcəklərini və Səhiyyə Nazirliyinin qaynar xətti ilə əlaqə saxlamalı olduğumuzu bildirdilər. Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən isə Hüquq Mühafizə orqanları ilə əlaqə saxlamağımız istənildi.


Aqil Qarayev