Sənubər İsgəndərli bu obrazına görə peşman olub - VİDEO

04.03.2024
-
08:51
|
|
Əməkdar artist Sənubər İsgəndərli “Beşmərtəbəli evin altıncı mərtəbəsi” filmində çəkilməsinə peşman olub.
Referans.az xəbər verir ki, bu haqda aktrisa İTV-də yayımlanan "Cümə axşamı" proqramında danışıb.
S.İsgəndərli aparıcı Saleh Bağırovun “Dediniz ki, indiki ağlım olsaydı çəkilməzdim” sözlərinə belə cavab verib:
“Bir çox səbəbləri var idi. Film istədiyim kimi alınmadı. Ona görə peşman oldum”.
Qeyd edək ki, “Beşmərtəbəli evin altıncı mərtəbəsi” 1996-cı ildə lentə alınıb. Ekran işində Təhminə obrazını Sənubər İsgəndərli canlandırıb.