"Nimesil" və "Tylolhot"-u qarışdırıb içmək ZƏRƏRLİDİR? - AÇIQLAMA

nimesil-ve-tylolhotu-qarisdirib-icmek-zererlidir-aciqlama-1709819449
|
|

Hər birimiz qrip olan zaman Nimesil və ya "Tylolhot"-u qarışdırıb içirik. Bunun insan orqanizmi üçün nə qədər zərərli olduğunu bilirdinizmi?


Bu mövzuyla bağlı açıqlamanı Referans.az-a İnfeksionist-hepatoloq Dr. Mərdan Əliyev verib.


HAQQIMIZDA – Hepatit.az


"Bunlar ağrı kəsici dərmanlardır. Biz bunlara tibbdə qeyri steroid iltihab əleyhinə dərman preparatları deyirik. Bu dərmanlar mütləq göstərişə görə təyin olunmalıdır. Hər bir dərmanın yan təsirləri var. Ağrıkəsici dərmanların isə yan təsirləri daha çoxdur.


Bu dərmanlar əsasən mədənin selikli qişasına təsir göstərir. Eroziya və mədə xorası əmələ gətirmə ehtimalları var. Xüsusən, yaşlı və mədəsində problem olan insanlar üçün daha təhlükləli hesab olunur. Digər tərəfdən isə qan sistemi və qaraciyərə təsiri olmasıdır.


Bu şəxslərə 'nimesil' QƏTİ OLMAZ – həyat üçün təhlükəlidir

"Tylolhot"-un tərkibində 520 qramlıq "Parastamol" var, bu isə böyrəklərə ciddi təsir göstərir. Xəstəlik nəzərə alınmalı və dərman ona görə təyin edilməlidir. Deyək ki, bizdə yüngül ağrılar var, amma biz dərmansızda dözə bilirik. Və eyni zamanda mədəmizdə narahatdır. Belə olan zaman dərmanın istifadə olunması vacib deyil. Lakin bu dözülməz ağrıdırsa, dərman mütləq istifadə olunmalıdır.


TYLOLHOT DAY 12 пакетиков - купить с доставкой по выгодным ценам в  интернет-магазине OZON (1350958809)


"Tylolhot" və "Qriphot" tipli dərmanların tərkibində "Parastamol" olduğundan, "Nimesil" ilə qarışdırılıb içilməsi təbiiki düzgün deyil. Həm "Nimesil", həm də "Parastamol" qeyri steroid dərman preparatıdır. Bunların bir yerdə içilməsinin heç bir mənası yoxdur. Beləliklə, iki qat doza kimi qəbul olunur. Bu isə böyrəyə, ciyərə hətta mədəyə belə ciddi təsirlər göstərə bilir".


KÖNÜL RAUF