Azərbaycanda dəhşətli qəzada ölənlərin adları bilindi - SİYAHI

azerbaycanda-dehsetli-qezada-olenlerin-adlari-bilindi-siyahi-1710622804
|
|

Ağdaşda 3 yük avtomobilinin toqquşması nəticəsində 3 nəfər ölüb.


Referans.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Orta-Ləki kəndindən keçən hissəsində qeydə alınıb.


İlkin məlumata görə, iki “Ford” markalı yük maşını ilə “ATEGO” markalı yük avtomobili toqquşub.


Nəticədə Qarayev Yaşar Maarif oğlu, Qəbələ rayon sakinləri Əliyev Rəşad Ədalət oğlu və 1980-ci il təvəllüdlü Ağamədov Yasin Səriyər oğlu dünyasını dəyişib, 1989-cu il təvəllüdlü Ağəmədov Teymur Yarəməd oğlu isə ağır bədən xəsarətləri alıb.


Yaralı dərhal təcili tibbi yardım maşınının köməkliyi ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına aparılıb.


Hazırda hüquq mühafizə orqanı əməkdaşları hadisə yerindədirlər. Faktla bağlı araşdırma aparılır./report