UŞAQ ÜÇÜN ƏN RİSKLİSİ... TƏBİİ DOĞUŞ YOXSA QEYSƏRİYYƏ? - AÇIQLAMA

28.03.2024
-
21:00
|
|
Müasir zəmanəmizdə qeysəriyyə əməliyyatı çox sadə və rahat uşaq dünyaya gətirmə üsulu sayılır və ana olmağa hazırlaşan bir çox xanımlar, xüsusən də doğuş sancılarından qorxan xanımlar bu yolu seçirlər. Lakin səbəbsiz edilən qeysəriyyə əməliyyatının da fəsadları var.
"Mənə qalsa, doğuş daha bahalı olmalıdır".
Bu sözləri Dr. Rəşad Sultan Referans.Az-a olan açıqlamasında bildirib.
Hər ikisi ana üçün travmadır. Təbii doğuşun riskləri daha azdır. Doğuşdan və qeysəriyyədən sonra ki, risklər nələrdir? Qanaxma, infeksiya, qanın damar daxili laxtalanması, trombemboliya dediyimiz ağırlaşmalar. Bunlar təbii doğuşda daha az olur. Qeysəriyyədə bu risklər daha çoxdur. Biraz da sadələşdirsək, qeysəriyyə bərabərdir təbii doğuşun riskləri üstəgəl əməliyyat riskləridir.
Qeysəriyyə əməliyyatı kimlərə olmaz?
Qeysəriyyə əməliyyatı əks-göstərişi olan xəstələri saya bilərik. Əslində əməliyyatın əks-göstərişi olan xəstə qrupları kimlərdir? Məsələn: ürəy xəstələri, anesteziya əks-göstərişi olanlar və s. Düzdür, bu uşaq ana bətnindən bir şəkildə çıxmalıdır. Və doğuşa qeysəriyyə göstərişi varsa, uşaq doğuş yolu ilə çıxa bilmirsə, qeysəriyyə etmək məcburiyyətində qalırıq. Amma elə durumlar var ki, biz deyirik ki, qeysəriyyə olmasa, təbii doğuş olsa daha yaxşı olar. Belə hallardan biri də, ürək xəstəliyi olan hamilə qadınlardır. Onlarda doğuş həmişə daha məsləhətlidir. Amma ümumiyyətlə götürəndə həmişə təbii doğuş daha məsləhətlidir.
Bu körpələrdə hansı fəsadları törədə bilər?
Körpə üçün ən risksizi qeysəriyyədir. Doğuşda bilirsiniz ki, uşağın oksigensiz qalması və travma alma ehtimalı daha yüksəkdir. Buna görə də istər biz həkimlər, istərsə də hamilə qadınlar qeysəriyyəyə qaçırıq. Yeganə bir hal var ki, keçici tənəffüs çatışmazlığı sindromu bu hala isə qeysəriyyələrdə daha çox rast gəlirik. Amma yüngül xəstəlik olduğuna görə, demək olar ki, risk sayılmır. Yəni qısa desək, körpə üçün qeysəriyyə risksizdir.
Qiymət fərqi isə xəstəxanadan və həkimdən asılı olaraq dəyişir. 200-500 arası qiymət fərqi görə bilərsiniz. Bu fərqi yaradan nədir? Bu fərqi yaradan əməliyyat xərcləridir. Yəni əməliyyatxananın xərcləri, əməliyyat personallarının xərcləri və anesteziyanın xərcləri və s. Bir çox insanlar fikirləşir ki, bəzi həkimlər bunun üçün əlavə pul alır. Bu elə deyil.
Qeysəriyyə can rahatlığı olduğuna görə, uşaq baxımından risksiz olduğuna görə belədir. Bu pul dediyim kimi, həkimin cibinə getmir. Həkim təbii doğuşa görə daha çox pul alarsa, bu onun haqqıdır. Çünki xəstənin başında daha çox stress keçirir, əziyyət çəkir və s. Qeysəriyyə etməyə nə var ki, doğuşu etmək çox çətindir.
KÖNÜL RAUF