SON DƏQİQƏ! Azərbaycanda ata və qızı faciəvi şəkildə həlak oldu

12.04.2024
-
21:01
|
|
Zərdab sakinləri olan ata və qızı Kür çayında batıb.
Referans.az xəbər verir ki, hadisə Kür çayının Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndindən keçən hissəsində qeydə alınıb.
Zərdabın Qoruqbağı kənd sakini, 2018-ci il təvəllüdlü S.S. və atası Vaqif Süleymanlı çayın kənarında yerləşən su motorunun ərazisində istirahət edirlərmiş. Bu zaman 6 yaşlı S.S suya yıxılıb. Atası qızı xilas etmək üçün onun ardınca suya tullansa da, o da batıb.
Hazırda onların axtarışları davam edir. (report)