SON DƏQİQƏ! Azərbaycanda ata və qızı faciəvi şəkildə həlak oldu

son-deqiqe-azerbaycanda-ata-ve-qizi-facievi-sekilde-helak-oldu-1712941883
|
|
Zərdab sakinləri olan ata və qızı Kür çayında batıb.

Referans.az xəbər verir ki, hadisə Kür çayının Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndindən keçən hissəsində qeydə alınıb.

Zərdabın Qoruqbağı kənd sakini, 2018-ci il təvəllüdlü S.S. və atası Vaqif Süleymanlı çayın kənarında yerləşən su motorunun ərazisində istirahət edirlərmiş. Bu zaman 6 yaşlı S.S suya yıxılıb. Atası qızı xilas etmək üçün onun ardınca suya tullansa da, o da batıb.

Hazırda onların axtarışları davam edir. (report)