Moskva birjasında dolların məzənnəsi 93 rubldan aşağı düşüb.
Referans.az Oxu24.com-a istinadən xəbər verir ki, bu barədə TASS valyuta ticarəti məlumatlarına istinadən məlumat yayıb.
Moskva vaxtı ilə saat 15:48-ə olan məlumata görə, dollar 0,84% ucuzlaşaraq 92,99 rubl təşkil edib.
Saat 15:51-də dollar 93,03 rubl səviyyəsində olub. Avronun məzənnəsi 0,68% azalaraq 99,28 rubla, yuan isə 12,812 rubla qədər ucuzlaşıb.