Uçot dərəcəsi ENDİRİLDİ - Sərfəli kreditlər gözlənilir? / AÇIQLAMA

ucot-derecesi-endirildi-serfeli-kreditler-gozlenilir-aciqlama-1714568293
|
|

Mərkəzi Bank uçot dərəcəsinin 7.5 %-dən 7.25 %-ə, faiz dəhlizinin yuxarı həddinin 8.5 %-dən 8.25 %-ə endirib və faiz dəhlizinin aşağı həddinin isə 6.25 % səviyyəsində dəyişməz saxlayıb.


Uçot dərəcəsinin endirilməsinin hansı müsbət və mənfi cəhətlərini müşahidə edəcəyik? Bu proses iqtisadiyyata necə təsir edəcək?


İqtisadçı-ekspert Əkrəm Həsənov Referans.az-a açıqlamasında bu sualları cavablandırıb.




“İndiki məqamda bu təsir etməyəcək. Ona görə ki, əks təsiri də mövcuddur. Yəni Mərkəzi Bankın uçot dərəcəsi banklara verdiyi faiz dərəcəsidi. Təbii ki, bu enəndə iqtisadi nəzəriyyəyə görə, banklar Mərkəzi Bankdan daha ucuz və daha çox kredit götürə bilirlər. Eyni zamanda özləri də daha aşağı faizli kreditlər verə bilirlər. Amma hazırda faizlər ona görə enməyəcək ki, Mərkəzi Bank ötən il banklar üçün məcburi ehtiyat normasını artırıb”.


Ekspert bildirib ki, məcburi ehtiyatın olması bankların sahibkarlardan və vətəndaşlardan topladığı depozitlərin müəyyən hissəsinin Mərkəzi Bankda saxlanması tələbidir.


“Bu zaman heç bir faiz, gəlir tətbiq olunmur. Məsələn, vətəndaş gedib banka gəlir qoyur, 10 faiz ödəməlidir bank və bank da istəyir ki, həmin pul kredit versin, qazansın. Amma Mərkəzi Bank buna icazə vermir. Bu zaman bank pulun bir hissəsindən istifadə edə bilmədiyi üçün bahalaşma olur. Buna görə də burada əks-təsir mexanizmi mövcuddur”.


Əkrəm Həsənov son olaraq vurğulayıb ki, uçot dərəcəsinin enmə faizinin də çox olmaması güclü dəyişikliyin olmayacağından xəbər verir.

 

Fidan Vəlisoy