Ülviyyə Ağazadə qalmaqallı mövzu ilə bağlı DANIŞDI: "Əməliyyat zamanı qanaxma olmayıb"

Yerli xəbər portalarından birinə müraciət edən vətəndaş N.Baxşəliyeva (Ad və soyadları şərti verilib – red.) bildirir ki, estetik bədən şəkilləndirmə əməliyyat etdirmək üçün "Azer Türk Med" kilnikasında plastik-cərrah həkimi Ülviyyə Ağazadəyə müraciət edib. Lakin əməliyyat zamanı vətəndaşın vəziyyəti sözün əsil mənasında dözülməz həddə çatır.
Fotolardan aydın olur ki, əməliyyat edən şəxs bəlkə ixtisasca da həkim olmayıb. Vətəndaş N.Baxşəliyeva bildirir ki, əməliyyata getdiyi gün vəziyyəti pisləşib, çox qan itirib və həkimə zəng ediblər ki, gəl xəstəyə bax həkim Ülviyyə xanım həmin vaxt uşaqına ad günü keçirdiyi üçün telefonu söndürmüşdü:
"Gecə saatlarında təziqim aşağa düşdü, böyrəklər süzmürdü, vəziyyətimin ağır olduğunu görüb səhərə kimi başımın üstə baş tibb bacısı nəzarət edirdi, vəziyyətimin ağır olduğu vaxtda nə həkim nə də reamataloq gəlmirdi. Dəfələrlə analizlərin cavabın istəsək də vermirdilər, yaxınlarım sizi polisə verəcəm təhdidindən sonra analizlərin cavabını ala biliblər, məlum olub ki, mənim yaşamaq ehtimalım çox azdır, hətta saatlar qalıb.
Bundan sonra əl-ayağa düşüb təcili yardım çağırıblar, məni Qarayevdə yerləşən "Liv Bona Dea" Hospitalına aparıblar. Ülviyyə həkimdə dedi konfortun üçün ora yaxşıdı. O hospitalın xəstəlik rəyini gördükdən sonra sözün əsil mənasında şoka düşdüm. Sən demə məni bura bütün orqan çatışmazlığı diaqnozu ilə gətiriblər. Mənə trombosit iynələr vurdular ki, qanım dayansın. N.Baxşəliyeva məsələ ilə bağlı dərhal Səhiyyə Nazirliyinə şikayət etsə də hələdə bir cavab ala bilməyib. Mən KİV və adiyyəti qurumlardan mənə köməklik göstərmələrin xahış edirəm" deyə N.Baxşəliyeva bildirib.
Referans.az bu barədə "Azer Türk Med" kilnikası ilə əlaqə saxladı. Sorğumuza cavab olaraq artıq Ülviyyə Ağazadənin 1 aydan uzun müddətdir, həmin klinikada çalışmadığı və hadisə ilə bağlı xəbərdar olmadıqlarını bildirdilər. Düzdür, həkim klinikadan uzaqlaşdırıla bilər, lakin burada klinikanın məsuliyyəti də böyükdür.
Məsələ ilə bağlı danışan plastik cərrah Ülviyyə Ağazadə Referans.az-a bildirdi ki, illərdir bu peşədəyəm, saysız-hesabsız pasientlərim olub və indiyədək heç birindən zərrə qədər də şikayət olmayıb:
"Əvvəlcə onu qeyd edim ki, ixtisasca plastik və rekonstruktiv cərraham. Əslində, təsdiqə ehtiyac yoxdur, amma xanımın iddiasına cavab olaraq fakt üçün Səhiyyə Nazirliyi tərəfindən mənə verilən aidiyyəti sənədləri də təqdim edə bilərəm. İllərdir bu peşədəyəm, saysız-hesabsız pasientlərim olub. İndiyədək heç birindən zərrə qədər də şikayət olmayıb, eşitməmişəm. Xanımın iddia etdiyi kimi, əməliyyat zamanı qanaxma olmayıb".
Dr. Ülviyyə Ağazadə qeyd edir ki, pasient ailəsinin təkidi ilə ikinci sutkada başqa klinikaya köçürülmək istəyib və biz də buna etiraz etməmişik. Pasiyenti təhvil verəndə vəziyyəti stabil idi və artıq aktivləşmişdi, hətta özü gəzə bilirdi: "Bütün bunlara klinikamızda müalicə aldığı müddətdə şəxsən özüm reanimatoloqla bərabər nəzarət etmişik. Buna baxmayaraq, xanımın belə bir iddia ilə çıxış etməsi təəccüb və təəssüf doğurur, qanuna zidd əməlləri ilə də bağlı tərəfimdən məhkəməyə müraciət ediləcəkdir.
Aqil Qarayev