Əri tərəfindən binadan atılan Ayşənin məzarından GÖRÜNTÜLƏR - VİDEO

31.07.2024
-
18:05
|
|
İyulun 23-ü Abşeron rayonu Xırdalan şəhəri ərazisində əri tərəfindən binadan atılaraq öldürülən 2002-ci il təvəllüdlü Ayşən Kazımovanın məzarından görüntülər yayılıb.
Referans.az xəbər verir ki, görüntülərdə Ayşənin ailə üzvləri və yaxınları məzar başında fəryad edirlər.
Qeyd edək ki, araşdırma zamanı 2002-ci il təvəllüdlü Hüseyn Kazımovun aralarında yaranmış mübahisə zamanı arvadı Ayşən Kazımovanı yaşadıqları mənzilin pəncərəsindən yerə atması nəticəsində sonuncunun çoxsaylı bədən xəsarətləri almasına əsaslı şübhələr müəyyən edilib. Ayşən Kazımova xəstəxanaya yerləşdirilib, lakin, dünyasını dəyişib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Hüseyn Kazımov iş üzrə şübhəli şəxs qismində tutulub.
Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.