Deputatlığa namizəd olan şəxslərlə bağlı VACİB MƏLUMAT - Bu tarixdən... 

deputatliga-namized-olan-sexslerle-bagli-vacib-melumat-bu-tarixdennbsp-1722497774
|
|

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar deputatlığa namizədlərin qeydə alınması üçün tələb olunan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi üçün qoyulan müddət avqustun 2-də bitir. 


Referans.az xəbər verir ki, səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18:00-dək namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini dairə seçki komissiyasına təqdim etməlidir.


Qeyd edək ki, Növbədənkənar Milli Məclis seçkiləri sentyabrın 1-də keçiriləcək.


Daha ətraflı video-materialda: