Nazəninin səhifəsini OĞURLADILAR: Müğənnilərin fotolarını paylaşıb TƏHQİR ETDİLƏR

13.08.2024
-
12:37
|
|
Müğənni Nazənin Salayevanın "İnstagram" səhifəsi oğurlanıb.
Referans.az xəbər verir ki, ifaçının oğurlanmış sosial media hesabında digər müğənnilərin fotoları paylaşılıb təhqir edilib.
Məsələ ilə bağlı Referans.az-a danışan Nazənin Salayevanın köməkçisi bildirib ki, müğənni hazırda Azərbaycanda deyil, 2 aydır ki, Rusiyada istirahətdədir:
"Nazənin xanımı istəməyən bir-iki nəfərdir, onların da inanmıram ki, təfəkkürü o qədər inkişaf eləsin ki, oradək gedib çıxa bilsinlər. Səhifənin geri qaytarılması üçün işlər gedir".
İfaçının səhifəsində paylaşılan erotik şəkillərə görə narahat olduğu deyildi: "Bayaqdan fotoları paylaşılan müğənnilər bizə zəng vurub səhifənin oğurlandığını bildiklərini dedilər. Axşam 20:00-dan sonra səhifə oğurlanıb. Elə həmin an müğənni Şəbnəm Qəhrəmanova zəng vurub səhifənin oğurlanması ilə bağlı məlumat verdi. Bizdən hansısa məbləğ istənilməyib. Nazənin xanımın kiməsə pul vermək fikri yoxdur".
Şəlalə Babayeva