ƏDV ilə bağlı xəbərdarlıq! - Bu sayta daxil olmayın, yoxsa... 

edv-ile-bagli-xeberdarliq-bu-sayta-daxil-olmayin-yoxsanbsp-1723553387
|
|

Kiberdələduzlar tərəfindən yığılan ƏDV-lərin geri qaytarılması üçün saxta "edv-almaq.com" adlı veb-sayt yaradılıb.


Referans.az Elektron Təhlükəsizlik Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, "edv-almaq.com" adlı veb-sayt vasitəsilə vətəndaşlardan ilk növbədə fin kodlarını daxil etmək, daha sonra isə ƏDV-lərin bank kartına köçürülməsi üçün kart məlumatlarını daxil etmək tələb olunur.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə saxta veb-saytlara etimad etməməyi, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə təqdim etməməyi və hər hansı xüsusi təkliflərlə qarşılaşdıqda yalnız rəsmi mənbələrə istinad etməyi tövsiyə edir.