Azərbaycan üçün YENİ ŞANS: Yeni təşkilata ÜZV OLUR? 

azerbaycan-ucun-yeni-sans-yeni-teskilata-uzv-olurnbsp-1724158585
|
|

Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov Bakının BRICS-ə qoşulmaq niyyətini təsdiqləyib.


Xarici işlər naziri təşkilatı ən populyar, digər ölkələri cəlb edən təşkilatlardan biri adlandırıb.


Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan Azərbaycanın BRİCS-ə üzv olmaqda məqsədi haqqında Referans.az-a açıqlamasında danışıb.




“Dünyanın istənilən güclü, aparıcı təşkilatına üzv olmağın Azərbaycana faydası var. BRİCS-in Çin, Cənubi Afrika respublikası, Brazilya, Hindistan kimi böyük bazarlara malik üzvləri var. Bu baxımdan BRİCS-ə üzv olmaq siyasi hədəflər və siyası məqsədlər olmadığından ziyanlı deyil. Yəni BRİCS hansısa siyasi və ya hərbi bloka qarşı fəaliyyət göstərən siyasi birləşmə deyil. Bu niyyət olmadığından və iqtisadi ticarət istiqamətində də əməkdaşlıq nəzərdə tutulduğundan faydalı ola bilər”.


Siyasi şərhçi qeyd edib ki, burada əsas məsələ bu təşkilatın BMT və dünyanın digər ölkə və təşkilatları tərəfindən müsbət qarşılanmasıdır.


“Azərbaycanın BRİCS-ə qoşulmasının faydası var. Əslində, Azərbaycan BRİCS-ə üzv olan iki ölkə ilə həm Rusiya, həm də Çinlə strateji əməkdaşlıq səviyyəsində müqavilələri var. Bu, beynəlxalq təşkilar səviyyəsində müqavilələri var. Belə böyük bir beynəlxalq təşkilat səviyyəsində əməkdaşlığın davam etməsi də Azərbaycanın iqtisadi ticarət əlaqələrinin artmasına, beynəlxalq nüfuzunun inkişaf etməsinə kömək edə bilər”.

 

Fidan Vəlisoy