SON DƏQİQƏ: Azərbaycanda bu əməliyyat PULSUZ OLDU

son-deqiqe-azerbaycanda-artiq-bu-emeliyyat-pulsuz-oldu-1724241650
|
|

“Bud-çanaq oynağının süni protezlə dəyişdirilməsi icbari tibbi sığorta hesabına qarşılanır”.


Referans.az xəbər verir ki, bu barədə Baku TV-yə açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Leyla Lətifova məlumat verib.


Bildirilib ki, bud-çanaq oynağının tam və ya hissəvi olaraq süni protezlə dəyişdirilməsi icbari tibbi sığortaya daxildir.
“Oynağın rentgenoqrafiyası, KT, MRT, icrası zəruri olan funksional diaqnostik və laborator müayinələr icbari tibbi sığorta hesabına qarşılanır.


Əməliyyat zamanı reanimasiyada yatış, istifadə olunan dərman və tibbi sərf, qida, qan və ya qan komponentləri, o cümlədən fizioterapiya xidməti ödənişsizdir”, – deyə L.Lətifova əlavə edib.


Ətraflı süjetdə: