Bu sözlər qalmaqal yaradacaq: "Qızlar ərə getməyə tələsir, elə bil yanğındır"  

qizlar-ere-getmeye-telesir-ele-bil-yangindirnbspnbsp-1726745230
|
|
"Qızlar ərə getməyə tələsir. Elə bil ki, yanğındır, dünya dağılır, ərə gedən kimi problemlər həll olacaq".
 
Referans.az xəbər verir ki, bu sözləri kulturoloq Aydın Xan Əbilov qonaq olduğu verilişlərin birində deyib. O fikirlərinə belə aydınlıq gətirib: 
 
"Bilirsiniz qızlar ona görə ərə gedirlər ki, altı ay sonra boşansınlar. Bir - iki uşaqla ər tərəfi böyük düşmən hesab edir, artıq ərə süd sağılan inək kimi baxırlar. Evini əlindən alacaq, ən bahalı məktəbdə uşaqlarını oxutdurmaq üçün məhkəmədə təzminat alacaq".
 
Kulturoloq bildiribki, dövlət vətəndaşlar üçün kifayət qədər qanuni baza hazırlayıb. Müsahib deyib ki, hətta bizim qanunlar Avropa qanunlarından üstündür, nəinki aşağı. İşləmə müxanizmi haqqında isə mübahisə eləmək olmaz. 
 
Aydın Xan Əbilov açıqlamasında bildirib ki, dövlətin qəbul etdiyi normativ aktlardan tutmuş, cinayət və ailə məcəlləsində, hara baxsan, bütün qanunlar qadınların haqlarına yönəlib: "Ölkəmizdə qadına o qədər hüquq verilib ki, onlar qanundan sui - istifadə etməyə başlayıblar". 

 
Şəlalə Babayeva