Salyanda avtomobil QƏZASI: Xəsarət alanların son durumu açıqlandı 

salyanda-avtomobil-qezasi-xesaret-alanlarin-son-durumu-aciqlandinbsp-1728115596
|
|

Salyan rayonu ərazisində minik avtomobilinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər xəsarət alıb.

Referans.az xəbər verir ki, oxu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən verilən məlumata görə, xəsarət alan şəxslərin vəziyyəti stabil olaraq qiymətləndirilib:

"Salyan rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar beş nəfər (üçü qadın, ikisi kişi cinsli olmaqla) oktyabrın 4-də saat 18:00-da Salyan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Müxtəlif növ yüngül bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil olaraq qiymətləndirilib. Hər biri ambulator müalicə üçün evə buraxılıblar", - məlumatda deyilir.