“Qarabağ”ın oyununda azarkeş rekordu qeydə ALINDI

07.10.2024
-
20:28
|
|
Azərbaycan Premyer Liqasının IX turunda keçirilən “Sumqayıt” – “Qarabağ” (0:1) qarşılaşmasında mövsümün azarkeş rekordu qeydə alınıb.
Referans.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşmanı 7 min tərəfdar izləyib.
Buna qədər cari mövsümün azarkeş rekordu Tovuz şəhər stadionunda qeydə alınmışdı. V turun “Turan Tovuz” – “Səbail” oyununu 5500 azarkeş tribunalardan izləyib.