DİQQƏT! Bu sahibkarlara 75 faiz güzəşt edilir - Ekspertdən AÇIQLAMA

2024-cü ildən etibarən mikro sahibkarlar üçün nəzərdə tutulan gəlir vergisindən 75% güzəşt şərtləri dəyişib. Bəs kiçik sahibkarlar bu vergidən necə faydalana bilər? Ümumiyyətlə ölkəmizdə sahibkarlığın inkişafı üçün vergi sistemində hansı dəyişikliklərə ehtiyac var?
Mövzu ilə bağlı iqtisadçı ekpert, İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev Referans.az -ın sorğusunu cavablandırıb. Radil Fətullayev bildirib ki, 2024- cü ildən başlayaraq mikrosahibkarlıq subyektlərinə 75 faiz güzəştin verilməsi ilə bağlı müəyyən şərtlər dəyişdi. Belə ki, əvvəlki illərlə müqayisədə 2024 - cü ildən etibarən sahibkarın mütləq şəkildə ən azı 3 nəfər işçisi olmalıdır. Bu həm fiziki həm də hüquqi şəxslərə şamil edilir.
Əgər bir sahibkarın ən azı 3 nəfər işçisi olmasa o sahibkara bu güzəşt aid edilmir. Həmin 3 nəfər işçi isə əvvəllər misal üçün ilin ortasında işə götürülsə belə artıq o ondan sonrakı orta aylıq üçün nəzərdə tutulur. Mütəxəssis onu da bildirib ki, mikrosahibkarlıq subyektləri üçün onlara güzəştin ləğv edilməsinə gətirib çıxartdı. Bu da bəzi sahibkarlara mənfi təsir göstərdi. Lakin ümumilikdə iqtisadi cəhətdən ölkədəki işsiziliyin aradan qaldırılmasında müəyyən faydaları oldu.
Həmçinin ölkəmizdə sahibkarlığın inkişafı üçün vergi sistemində bəzi islahatların aparılmasına ciddi ehtiyac var. Bildiyiniz kimi artıq onillərdir ki, ölkədə mikrosahibkarlıq subyektlərinin limiti 200 min manat olaraq qalmaqdadır. Dünyadakı infliyasiya onu göstərir ki, mikrosahibkarlıq üçün bu məbləğ azdır. İstər sadələşdirilmiş vergi ödəyicisi olsun istərsə də vergi ödəyiciləri üçün mikrosahibkarlıq subyektləri üçün limitin 200 min manat məbləğində qalması iqtisadi cəhətdən müəyyən mənfi nəticələrə səbəb olur.
Radil Fətullayev eyni zamanda deyib ki, xırda şirkətlərin ƏDV - dən istifadə etmədən açılaraq fəaliyyət göstərməsi həm sahibkar üçün əlavə xərcdir həm də dövlət büdcəsinə gedən vergi gəlirinin azalmasına səbəb olur. Əgər əlavə dəyər vergisi differsionallıq şəklində tətbiq olunsaydı çox müsbət nəticələr verə bilərdi. Bundan başqa ölkəmizdə 2024- cü ildən başlayaraq səhiyyə xidməti göstərən müəssisələrdə ƏDV - dən azad olunma aparıldı. Bu da səhiyyə müəssisələrinin sahibkarlarına müsbət təsir etdi. O müəssisələrin dövriyyələrinə nağdsız ödənişlərin əlli faizi ƏDV - dən azad edildi.
Ekspert onu da bildirib ki, ölkəmizdə strateji xidmətlərdən biri də təhsil sektoru ilə bağlı olan xidmətlərdir. Özəl tədris müəssisələrinə də bu azadolmalar şamil edilsə çox yaxşı olardı. Bu həm Türkiyədə həm də müxtəlif ölkələrdə belədir. Yəni bu müsəssisələr ƏDV - dən azaddır.
Bünyamin Bünyadzadə