Şəkidə 15 yaşlı oğlan faciəvi şəkildə ÖLDÜ

12.10.2024
-
10:16
|
|
Şəkidə 15 yaşlı oğlanı avtomobil vuraraq öldürüb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Referans.az-a bildirilib ki, oktyabrın 11-də saat 22 radələrində Şəki rayonunun Qoxmuq kəndi ərazisində Ülvi Salamzadə idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən piyada, 2009-cu il təvəllüdlü Asim Abdurahmanlını vurub. Piyada aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.