Bakıda avtobus dəhşət yaşatdı - Ölənlər var

30.10.2024
-
09:21
|
|
Bakının Binəqədi rayonunda dörd avtomobilin iştirakı ilə baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsində iki nəfər ölüb.
Referans.az report-a istinadən xəbər verir ki, sərnişin avtobusu hərəkətdə olarkən qarşıdan gələn "Opel" markalı avtomobillə toqquşub.
Zərbənin təsirindən minik avtomobili digər iki nəqliyyat vasitəsinə çırpılıb. "Opel"dəki iki nəfər - 39 yaşlı Afər Mirzəxan oğlu Əyyubov və onun yaşıdı Cavid Mahir oğlu Məmmədov hadisə yerində keçiniblər.
Meyitlər təcili tibbi yardım briqadalarının köməkliyi ilə aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.