Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI - 30 qəpik oldu

bu-mehsulun-qiymeti-keskin-ucuzlasdi-30-qepik-oldu-1730868199
|
|

İmişli rayonunda xurmanın yığımına başlanılıb.


Referans.az "Report"a istinadən xəbər verir ki, bu barədə fermerlərməlumat veriblər. Onların sözlərinə görə, bu il məhsul həmişəki kimi boldur.


Belə ki, hər ağacdan 40 kq-a yaxın məhsul toplanır. Lakin məhsulun alış qiyməti fermerləri qane etmir:


"Həmişə xurmanı 1 manata satmışıq, amma bu il qiymətlər çox aşağı - 30 qəpiyə qədər ucuzlaşıb. Məcbur qalıb həmin qiymətə satırıq. Yoxsa məhsulumuz məhv ola bilər".