SON DƏQİQƏ! Azərbaycanda zəlzələ oldu 

son-deqiqe-azerbaycanda-zelzele-oldunbsp-1732079351
|
|

 Noyabrın 20-də Pirqulu stansiyasından 14 km cənub-qərbdə, Şamaxı rayonunda zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan Referans.az-a verilən məlumata görə, yerli vaxtla saat 05:50-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.7-ə bərabər olub.

Zəlzələnin ocağı 45 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.