Paşinyandan arvadı barədə SENSASİYALI ETİRAFLAR / VİDEO

pasinyandan-arvadi-barede-sensasiyali-etiraflar-video-1734435969
|
|

İllərdir Akopyanla poz verən Ermənistanın Baş naziri Nikol Paşinyan, sən demə, Anna Akopyanla heç rəsmi nikahda deyilmiş.


Referans.az xəbər verir ki, Baş nazir “həyat yoldaşı” ilə kamera qarşısına keçərək hər kəsi təəccübləndirən sensasiyalı etiraflar edib.


Belə ki, Paşinyan “Bir neçə gündən sonra evliliyimizin 27-ci ildönümü olacaq, amma biz de-yure evli deyilik”, – deyə bildirib.


“Biz nə dövlət qeydiyyatı, nə də dini baxımdan evliyik. Münasibətimiz ümumi övladlarımızın sayəsində möhkəmdir. Üstəlik, artıq illərdir ki, Anna Akopyan Baş nazirin həyat yoldaşı kimi faktiki olaraq bəyannamə təqdim edir. Əslində, 27 ildir evliyik, amma rəsmi evlilik deyil”, – deyə o vurğulayıb.


Tez-tez korrupsiyada, müxtəlif yollarla ölkədən çirkli pulların çıxarılmasında adı hallanan Anna Akopyan əlavə edib ki, o, 17 yaşından həyatını Paşinyanla bağlayıb və ömrünün daha çox hissəsini onunla yaşayıb.


Daha ətraflı videoda: