Sevgilisindən hamilə qaldı, izi itirmək üçün bibisi oğlu ilə evləndi - Qubada SENSASİON HADİSƏ

Qubada 1996-cı il təvəllüdlü Müslüm şəxsi münasibət zəminində yaranan mübahisə zamanı Şaili qətlə yetirib.
Referans.az xəbər verir ki, Müslüm ailə üzvlərinə baş çəkmək üçün 1 iyun 2023-cü ildə Moskvadan Bakıdakı evinə gəlib. Həmin gün saat 21:00 radələrində bacısı Sevillə 1997-ci il təvəllüdlü Quba şəhər sakini Şamil arasında münasibəti dəqiq öyrənmək məqsədilə anası Lətifəyə məxsus mobil telefonda Vatsapa girib.
Sevil qeyd edib ki, ilk dəfə 2017-ci ilin oktyabr-noyabr aylarında Şamilin ailə üzvləri evdə olmadığı vaxtda onun dəvəti ilə yaşadığı evə gedib, orada könüllü olaraq öz iradəsi əsasında Şamillə təbii yolla əlaqədə olub, bakirəliyi həmin vaxt pozulub və bu barədə heç kimə məlumat verməyıb:
“Rəfiqələrimə belə bu barədə demədim. Sonradan mütəmadi Şamillə kirayə yaşadığım evdə, Şamilin apardığı oteldə və ya dost-tanışının mənzilində görüşərək təbii yolla cinsi əlaqədə olmuşam.
2017-ci ilin noyabr ayında Quba şəhərində “Favorit" marketdən bazarlıq edən zaman anamın bibisi nəvəsi, həmin marketdə satıcı işləyən Səməd məni görərək bəyəndi. Səməd saf biriydi, bildiyimə görə, anadangəlmə zəifliyi də vardı.
Səməd anasına mənimlə evlənmək istədiyini bildirdi, o da mənim anama dedi. Şamillə mütəmadi cinsi əlaqədə olsam da, onun mənimlə evlənmək fikrinin olmadığını bilirdim. Bu səbəbdən anam Səmədin məni istədiyini dedikdə razılaşdım. Evlənərək bakirəliyimin pozulmasını həmin evliliklə əlaqələndirmək istəyirdim.
Daha ətraflı videoda: