Masallıda kafedə yanğın olub

masallida-kafede-yangin-olub-1736064933
|
|

  Masallıda kafedə yanğın baş verib.

Bu barədə Referans.az-a FHN-dən bildirilib.

Masallı şəhərində ümumi sahəsi 1000 m² (hər mərtəbəsi 500 m²) olan ikimərtəbəli obyektin birinci mərtəbəsində sahəsi 180 m² olan kafenin yanar konstruksiyaları və içərisində olan əşyalar 105 m² sahədə yanıb.
 
Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.