Əhaliyə ŞAD XƏBƏR: Azərbaycanda 700 min şəxsin maaşı ARTIR

diqqetnbsp-minimum-emekhaqqi-bu-qeder-insana-aid-olacaq-1736852681
|
|

Artıq 2025-ci ilin dövlət büdcəsi təsdiq edilib. Bu mənada, Azərbaycanda sosial-iqtisadi sahədəki prosesləri necə xarakterizə etmək olar? Ölkəmizdə minimum əməkhaqqının artımından nə qədər vətəndaş faydalana biləcək? Həmçinin minimum əmək haqqının artırılması ilə bərabər özəl sektorda təxminən qədər insanın məvacibinin artırılması gözlənilir?



Mövzu ilə bağlı millət vəkili İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Azər Badamov Referans.az-a açıqlamasında bildirib ki,  2025 ci ilin dövlət büdcəsi artıq təsdiq olunub və 1 yanvardan başlayaraq yeni maliyyə ilinə başlanılıb. Cari ilin dövlət büdcəsi maliyyə tutumuna görə müstəqillik illərimizin ən böyük büdcədir.  Amma dövlət büdcəsinin əsas xüsusiyyəti onun sosialyönümlü olmasıdır.  Belə ki, təsdiq olunmuş büdcəmizdə 16,9 miyard manat, yəni 41% sosialyönümlü xərclərdir.



Deputat onu da qeyd edib ki, cari ilin əvvəlindən başlayaraq ölkəmizdə yeni sosial paket icra olunmağa başlanılıb. Həmin sosial paketdə minimum əmək haqqının 345 manatdan 400 manata artırılması nəzərdə tutulub. Minimum əmək haqqının artması dövlət sektorunda işləyən 400 min, özəl sektorunda isə 300 min olmaqla 700 min insanın əmək haqlarının artmasına bir başa təsir edəcək.




"Bundan əlavə digər əmək haqlar da mimnimum əmək haqqının artmına görə dalğavarı şəkildə tənzimlənəcəkdir. Beləliklə deyə biləriik ki, minimum əmək haqqının artması ümumi əmək haqlarının artmasına təsir göstərəcəkdir. Təbii ki, əmək haqların artması əhalinin gəlirlərin artması və sosial rifahının yaxşılaşması deməkdir",- deyə millət vəkili əlavə edib. 



Bünyamin Bünyadzadə

Referans.az