Ən yüksək maaş alan futbolçular kimlərdir? - FANTASTİK RƏQƏMLƏR

en-yuksek-maas-alan-futbolcular-kimlerdir-fantastik-reqemler-1737188789
|
|

  "GiveMeSport" dünyanın ən yüksək maaş alan futbolçularının reytinqini dərc edib.

Referans.az xəbər verir ki, siyahıya "Əl Nəsr" klubunun hücumçusu Kriştiano Ronaldo başçılıq edir. O, ildə 218 milyon funt-sterlinq qazanır.

Reytinqdə ikinci yerdə səkkizqat “Qızıl top”un sahibi, "İnter Mayami"nin ulduzu Lionel Messidir. Onun maaşı 103 milyon funt-sterlinqdir. Üçüncü yeri isə "Əl-Hilal"ın üzvü Neymar (84,31 milyon funt-sterlinq) tutur.

"İlk onluq"da həmçinin Kərim Benzema, Kilian Mbappe, Erlinq Haaland, Vinisius Junior, Məhəmməd Salah, Sadio Mane və Kevin de Bruyne kimi ulduzlar yer alıb./publika.az